Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Küveyt məhkəmə orqanlarının yaydığı məlumatlarda bildirilib ki, Küveytin rəsmi televiziya aparıcısı Zeynəb Dəşti barəsində çıxarılmış hökm qüvvədə saxlanılıb. Həmin hökmə əsasən, o, fitnə yaratmaq və ölkənin maraqlarına zərər vurmaq ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Bu hökm son dövrlərdə ona qarşı aparılan kampaniyadan sonra çıxarılıb. Həmin kampaniya onun müharibə ilə bağlı sosial şəbəkələrdəki şəxsi hesablarında paylaşdığı bəzi mövqe və fikirlərə görə başlanmışdı. Bəzi dairələr bu mövqeləri İrana simpatiya və ya ona dəstək kimi qiymətləndirmişdilər.

Küveytli aparıcı Zeynəb Dəşti
Rəyiniz